Qelebə.az / Avropa Kuboku: Azərbaycan millisi təsnifat mərhələsində qrup lideri kimi yarımfinala yüksəlib

Avropa Kuboku: Azərbaycan millisi təsnifat mərhələsində qrup lideri kimi yarımfinala yüksəlib

9-06-2024, 14:55

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığma daha əvvəl Maltadan üstün olub - 17:14

Qeyd edək ki, yığma daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Geri qayıt