Qelebə.az / "Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

22-10-2022, 12:37

"Çağırış Kubokunda Avstriya komandasına da qalib gəlmək niyyətindəyik".

Bunu "QELEBE.AZ"un Zəngilana ezam olunmuş əməkdaşına açıqlamasında kişi voleybolçulardan ibarət "Murov" klubunun üzvü Yusif Bünyatov deyib.

Oyunçu turnirdə 1/8 final mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib.

Bünyatov 1/32 finalda Xorvatiya təmsilçisi "Kitro Varazdin"ə qalib gəldikləri görüşlər haqqında da fikirlərini bölüşüb: "İlk qarşılaşma rahat keçdi və 3:0 hesabı ilə qalib gəldik. Cavab matçı bir az gərgin alındı. Buna baxmayaraq rəqibi 3:1 hesabı ilə üstələyə bildik".

Zəngilan hava limanının ilk mülkü sərnişənlərindən olan voleybolçu bunun gözəl hiss olduğunu diqqətə çatdırıb: "Burada abu-hava yaxşıdır. İlk sərnişin kimi buraya gəlmək çox mənalı və gözəl hissdir".

Qeyd edək ki, "Murov" 1/16 final mərhələsində Avstriya "UVC Graz"ı ilə üz-üzə gələcək.

Geri qayıt