Qelebə.az / Azərbaycan millisi Avropa Kubokunun təsnifat mərhələsində ikinci qələbəsini qazanıb

Azərbaycan millisi Avropa Kubokunun təsnifat mərhələsində ikinci qələbəsini qazanıb

8-06-2024, 16:37

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma ikinci matçında Kosovo seçməsi ilə üz-üzə gəlib.

Komandamız meydan sahiblərini 14:10 hesabı ilə üstələyib.

Qeyd edək ki, ilk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz hazırda B qrupunda liderdir.

Geri qayıt