Qelebə.az / "Səbail" növbəti transferini reallaşdırıb

"Səbail" növbəti transferini reallaşdırıb

7-06-2024, 19:24

"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"QELEBE.AZ"un əldə etdiyi məlumata görə, "dənizçilər" müdafiəçi Vüsal Məsimovu heyətinə qatıb.

"Kəpəz"dən ayrılan futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, paytaxt klubu daha əvvəl Fərid Nəbiyevin transfer xəbərini açıqlamışdı.

Geri qayıt