Qelebə.az / Azərbaycanın U-19 millisinin rəqibləri müəyyənləşib

Azərbaycanın U-19 millisinin rəqibləri müəyyənləşib

7-06-2024, 15:30

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümünün I mərhələsindəki rəqibləri bəlli olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.

İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.

Geri qayıt