Qelebə.az / Mahir Emrelinin komandası çempionatda yeni mövsümün ilk oyununu evdə keçirəcək

Mahir Emrelinin komandası çempionatda yeni mövsümün ilk oyununu evdə keçirəcək

6-06-2024, 16:17

Xorvatiya çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.

"Report" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" I turda "İstra"nı qəbul edəcək.

Qarşılaşma avqustun 3-də baş tutacaq.

Komanda II turda səfərdə "Osiyek", III turda evdə "Şibenik" ilə üz-üzə gələcək.

Qeyd edək ki, Zaqreb təmsilçisi başa çatan mövsümdə Xorvatiya çempionu olub.

Geri qayıt