Qelebə.az / Azərbaycanın amputant millisi Avropa çempionatında ilk qələbəsini qazanıb

Azərbaycanın amputant millisi Avropa çempionatında ilk qələbəsini qazanıb

6-06-2024, 16:20

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında ilk qələbəsini qazanıb.

"Report" xəbər verir ki, yığma 9-16-cı yerlər uğrunda qarşılaşmada ilk olaraq Yunanıstanla üz-üzə gəlib.

Qarşılaşma millinin qalibiyyəti ilə bitib - 2:1.

Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1.

Geri qayıt