Qelebə.az / Fransa klubunun yeni baş məşqçisi bəlli olub

Fransa klubunun yeni baş məşqçisi bəlli olub

5-06-2024, 19:41

Fransanın "Lill" kollektivinin yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini qarşıdakı 2 il müddətində Bruno Cenesio çalışdıracaq.

57 yaşlı mütəxəssis bu postda Paulu Fonseiki əvəzləyib.

Qeyd edək ki, B.Cenesio daha əvvəl Fransanın "Lion" və "Renn", həmçinin Çinin "Beytszin Qoan" klublarını çalışdırıb.

Geri qayıt