Qelebə.az / Azərbaycan II Liqasında çıxış edəcək növbəti klubun adına aydınlıq gəlib

Azərbaycan II Liqasında çıxış edəcək növbəti klubun adına aydınlıq gəlib

5-06-2024, 18:56

Azərbaycan II Liqasında çıxış edəcək növbəti klubun adına aydınlıq gəlib.

"Report" xəbər verir ki, Azərbaycan II Liqasını 13-cü sırada bitirən "Şəfa" klubu AFFA Region Liqasının ikincisi "Hypers" klubu ilə pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində üz-üzə gəlib.

"ASCO Arena"da keçirilən matç "Hypers"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyunda da qalib gələn (2:0) Vüqar Nadirovun baş məşqçisi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən 2024/2025 mövsümündən etibarən Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, məğlub olan "Şəfa" klubu isə yeni mövsümdən AFFA Region Liqasında çıxış edəcək.

Geri qayıt