Qelebə.az / "Araz-Naxçıvan" klubu legioneri ilə yeni müqavilə imzalayıb

"Araz-Naxçıvan" klubu legioneri ilə yeni müqavilə imzalayıb

5-06-2024, 15:25

“Araz-Naxçıvan” klubu futbolçusu Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bosniya və Herseqovinadan olan yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.

Geri qayıt