Qelebə.az / Azərbaycan atleti Macarıstanda gümüş medal qazanıb

Azərbaycan atleti Macarıstanda gümüş medal qazanıb

5-06-2024, 11:08

Azərbaycan marafonçusu Elmir Əskərov Macarıstanın Balatonfüred şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

"Report" Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 40-44 yaş qrupundan olan idmançılar arasında ikinci yeri tutub.

Elmir Əskərov iki gün davam edən yarışda 327 km nəticə ilə 200 mil məsafəyə beynəlxalq normativi yerinə yetirib.

Geri qayıt