Qelebə.az / "Səbail" klubu kapitan Ağabala Ramazanovla yollarını ayırıb

"Səbail" klubu kapitan Ağabala Ramazanovla yollarını ayırıb

4-06-2024, 21:32

"Səbail" klubu kapitan Ağabala Ramazanovla yollarını ayırıb.

"QELEBE.AZ" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, A.Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Geri qayıt