Qelebə.az / Avropa çempionatı: Azərbaycan millisi Fransanı məğlub edərək qrupu lider bitirib

Avropa çempionatı: Azərbaycan millisi Fransanı məğlub edərək qrupu lider bitirib

4-06-2024, 19:57

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti matçına çıxıb.

"Report" xəbər verir ki, Fransa yığması ilə qarşılaşan Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci tamamlayıb.

Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Geri qayıt