Qelebə.az / "Səbail" klubu yeni mövsüm üçün ilk transferini açıqlayıb

"Səbail" klubu yeni mövsüm üçün ilk transferini açıqlayıb

4-06-2024, 12:28

"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq "Turan Tovuz"da çıxış edən Fərid Nəbiyevlə müqavilə imzalanıb.

24 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 1 illikdir.

O, karyerasında “Slaviya" (Praqa, Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya" (Jijkov, Çexiya) və “Kəpəz” klublarının da formasını geyinib.

Qeyd edək ki, bu "Səbail"in yeni mövsüm üçün ilk transferidir.

Geri qayıt