Qelebə.az / İspaniya klubu 41 yaşlı qapıçı ilə yolları ayırıb

İspaniya klubu 41 yaşlı qapıçı ilə yolları ayırıb

4-06-2024, 10:27

İspaniyanın "Vilyarreal" klubu 41 yaşlı qapıçı Xose Reyna ilə yolları ayırıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Reyna İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olub. Həmçinin o, yığma ilə birlikdə Avropa çempionatının ikiqat (2008, 2012) qalibidir. Reyna "Bavariya" klubunun heyətində Almaniya Bundesliqasının (2014/2015 mövsümü), o cümlədən İngiltərə "Liverpul"unda UEFA Superkuboku (2005/2006 mövsümü) və ölkə kubokunun qalibi (2006-cı il) adını qazanıb.

Geri qayıt