Qelebə.az / Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi müəyyənləşib

Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi müəyyənləşib

3-06-2024, 17:46

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, finalda İtaliya millisi ilə "Barselona Panthers" (İspaniya) klubu üz-üzə gəlib.

15:12 hesabı ilə qələbə qazanan apenninlilər turnirin qalibi olublar.

Qeyd edək ki, yarımfinal görüşlərində "Barselona Panthers" Portuqaliyaya (20:13), İtaliya isə Polşaya (13:12) qalib gəlib. Azərbaycan millisi mübarizəni 1/4 finalda, "Baku Flames" klubu isə qrup mərhələsində dayandırıb.

Geri qayıt