Qelebə.az / Azərbaycan millisi Dünya Qadın Seriyasının Qəbələ mərhələsində mübarizəni dayandırıb

Azərbaycan millisi Dünya Qadın Seriyasının Qəbələ mərhələsində mübarizəni dayandırıb

3-06-2024, 15:10

Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində mübarizəni dayandırıb.

"QELEBE.AZ" xəbər verir ki, yığma sonuncu oyun günündə 1/4 finalda “Barselona Panthers” klubu ilə qarşılaşıb.

8:21 hesabı ilə məğlub olan millimiz turnirlə vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi "Baku Flames" keçirdiyi üç görüşdə məğlub olaraq mübarizəni qrup mərhələsində dayandırıb.

Geri qayıt