Qelebə.az / Azərbaycanın FIFA referisi Gürcüstan – Kipr oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Gürcüstan – Kipr oyununa təyinat alıb

3-06-2024, 14:32

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Kipr oyununa təyinat alıb.

"QELEBE.AZ" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.

Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş iyunun 4-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Geri qayıt