Qelebə.az / "Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

21-10-2022, 23:16

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:2. Nəticədə Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurub.

Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.

Geri qayıt