Qelebə.az / Avropa çempionatı: Azərbaycan millisi ikinci oyuna çıxacaq

Avropa çempionatı: Azərbaycan millisi ikinci oyuna çıxacaq

3-06-2024, 09:04

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

"Report"un məlumatına görə, yığma İtaliya kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3.

Qeyd edək ki, komandamız iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Geri qayıt