Qelebə.az / Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir

Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir

2-06-2024, 23:01

Bu gün karyerasını başa vuran “Qarabağ”ın futbolçusu Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir.

“QELEBE.AZ”un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Medvedevin Ağdam təmsilçisində işləyə biləcəyini söyləyib: “Qısa danışıq olub. Qarşıdakı günlərdə növbəti dəfə danışacağıq. Onun kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil. Tək bizim üçün yox, Azərbaycan futbolu üçün də faydası olub”.

Geri qayıt