Qelebə.az / "Qarabağ" Azərbaycan Kubokunun qalibi olub

"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub

2-06-2024, 21:57

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, həlledici final matçında "Qarabağ" və "Zirə" komandaları üz-üzə gəliblər.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib - 2:1.

"Köhlən atlar"ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. "Zirə"də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, "Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü "qızıl dubl”la başa vurub.

Geri qayıt