Qelebə.az / Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

2-06-2024, 14:03

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, ilk oyununda Belçika komandası ilə üz-üzə gələn yığma 3:0 hesablı qələbə qazanıb.

Yığmanın heyətində 25+1-ci və 35-ci dəqiqələrdə Vüsal İsayev dubl edib. Digər qolu isə Samir Həmzəyev 39-cu dəqiqədə rəqib qapısından keçirib.

Qeyd edək ki, Elşad Quliyevin yetirmələri iyunun 3-də İtaliya, bir gün sonra Fransa yığması ilə üz-üzə gələcək.

Geri qayıt