Qelebə.az / Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyununa çıxacaq

Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyununa çıxacaq

2-06-2024, 11:15

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirəcək.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Bakıda Avstriya ilə üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, əvvəlki beş oyunda iki qələbə qazanan Azərbaycan milisi altı xalla 12 komanda arasında 8-ci sırada qərarlaşıb. Sonuncu sıradakı Avstriyanın isə xalı yoxdur.

Geri qayıt