Qelebə.az / İspaniya klubu müdafiəçisi ilə müqavilə müddətini uzadıb

İspaniya klubu müdafiəçisi ilə müqavilə müddətini uzadıb

1-06-2024, 16:23

İspaniyanın "Atletik" klubu müdafiəçisi Dani Vivian ilə müqavilə müddətini uzadıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqavilə 2032-ci ilin yayına kimi nəzərdə tutulub.

24 yaşlı futbolçu son mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Vivian İspaniya millisinin AVRO-2024 üçün ilkin heyətinə daxil edilib.

Geri qayıt