Qelebə.az / "Olimpiakos" klubunun futbolçusu avrokubokların tarixinə düşüb

"Olimpiakos" klubunun futbolçusu avrokubokların tarixinə düşüb

30-05-2024, 10:31

Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu El Kaabi UEFA Konfrans Liqasının finalında İtaliya təmsilçisi "Fiorentina"nın qapısına vurduğu qolla tarixə düşüb.

"Report" "Opta Sport"a istinadən xəbər verir ki, ötən gün keçirilən matçın 116-cı dəqiqəsində fərqlənən mərakeşli hücumçu 14 qolla cari avrokubok mövsümünün bombardiri olub.

30 yaşlı futbolçu qollardan 11-ni pley-off mərhələsində vurub ki, bu da rekord göstəricidir.

Qeyd edək ki, "Olimpiakos" avrokuboklarda çempion olan ilk Yunanıstan klubu kimi də tarixə düşüb.

Geri qayıt