Qelebə.az / Türkiyənin qadın voleybolçuları Almaniyanı məğlub edib

Türkiyənin qadın voleybolçuları Almaniyanı məğlub edib

30-05-2024, 02:48

Türkiyənin qadınlardan ibarət voleybol milli komandası ABŞ-də keçirilən FIVB Millətlər Liqasının (VNL) ikinci həftəsinin ilk oyununda Almaniyaya 3:1 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, Texas ştatının Arlinqton şəhərində baş tutmuş matçda Almaniyaya 3:1 hesabı ilə qalib gələn millinin heyətində Melissa Varqas 23 xalla matçın ən sərrast oyunçusu olub.

Beləliklə, Türkiyə millisi VNL-dəki beşinci qarşılaşmasında üçüncü qələbəni qazanmış olub.

“Torun sultanları”nın ikinci həftə üzrə növbəti oyunu Serbiya millisinə qarşı olacaq.

Qeyd edək ki, türkiyəli voleybolçular Antalyada keçirilmiş VNL-in ilk həftəsində iki dəfə qələbə qazanıb, iki dəfə də məğlub olublar.

Geri qayıt