Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib.
"Report" xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında "Neftçi" və "Azstars" kollektivləri qarşılaşıb.
93:29 hesabı ilə qələbə qazanan birincilər yarışın qalibi adını qazanıb.
Üçüncü yer uğrunda görüşdə isə "Xırdalan" klubu "Qaradağ"ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, final görüşünün ən yaxşı qadın basketbolçusu "Neftçi"nin üzvü Angelina İsmayılova seçilib.