Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə bağlayıb.
Naxçıvan təmsilçisinin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, klub son mövsüm "Qəbələ"də çıxış etmiş Ülvi İsgəndərovla anlaşıb.
Hücumçu qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün "Qəbələ"nin digər futbolçusu Urfan Abbasovla da sözləşmə imzalayıb.