Qelebə.az / "Araz-Naxçıvan" klubu Urfan Abbasovla müqavilə imzalayıb

"Araz-Naxçıvan" klubu Urfan Abbasovla müqavilə imzalayıb

29-05-2024, 13:44

"Araz-Naxçıvan" klubu son mövsümü "Qəbələ"də keçirən Urfan Abbasovla müqavilə imzalayıb.

"QELEBE.AZ" Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü karyerası ərzində "Qəbələ" ilə yanaşı, "Səbail"in də formasını geyinib.

Geri qayıt