Qelebə.az / Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

29-05-2024, 10:14

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Gənclər və İdman Nazirliyindən "QELEBE.AZ"a verilən məlumata görə, yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.

Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.

Qeyd edək ki, Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.

Geri qayıt