Qelebə.az / "Kəpəz" legioner futbolçuları ilə yollarını ayırıb

"Kəpəz" legioner futbolçuları ilə yollarını ayırıb

28-05-2024, 14:35

Azərbaycan Premyer Liqasını 9-cu pillədə başa vuran "Kəpəz" maddi sıxıntılara görə legioner futbolçuları komandada saxlaya bilməyib.

Bu barədə "Report"a Gəncə klubunun baş məşqçisi Adil Şükürov məlumat verib.

Müqavilə müddətləri başa çatan əcnəbi oyunçular cari mövsümün ardından klubun düşərgəsini tərk ediblər.

Klub mövcud problemlərə görə onlarla yolları ayırmağa məcbur olub.

Qərb təmsilçisi sponsor tapa bilməməsi səbəbindən heyətdə yer alan digər futbolçuları da komandada saxlamaqda çətinlik çəkir.

Geri qayıt