Qelebə.az / "Qəbələ"nin futbolçusu əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb

"Qəbələ"nin futbolçusu əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb

27-05-2024, 21:49

"Qəbələ"nin futbolçusu Murad Musayev əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb.

Bu barədə "Report"a 29 yaşlı müdafiəçi özü məlumat verib.

Azərbaycan Premyer Liqasının XXXVI turunda səfərdə "Sumqayıt"la görüşün 17-ci dəqiqəsində ayağından zədə alaraq meydanı xərəkdə tərk edən M.Musayev 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.

O, sabah Ankaradakı özəl xəstəxanalardan birində əməliyyat olunacaq.

Geri qayıt