Qelebə.az / Qızıl Avropa Liqası: Azərbaycan millisi növbəti oyununu keçirib

Qızıl Avropa Liqası: Azərbaycan millisi növbəti oyununu keçirib

25-05-2024, 19:06

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma II turun ikinci matçında İsveç komandası ilə üz-üzə gəlib.

Rumıniyadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:19, 25:19, 25:19).

Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub.

Geri qayıt