Qelebə.az / Ukraynalı idmançılar dopinqə görə 42 aylıq diskvalifikasiya ediliblər

Ukraynalı idmançılar dopinqə görə 42 aylıq diskvalifikasiya ediliblər

24-05-2024, 17:38

Ukraynalı ağır atletlər Boqdan Tarasenko və Ruslan Kojakin antidopinq qaydalarını pozduqlarına görə 42 aylıq diskvalifikasiya ediliblər.

"Report" Beynəlxalq Dopinq-Test Agentliyinin (İTA) mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançıların orqanizmində trimetazidin aşkar edilib.

Diskvalifikasiya müddəti 2022-ci ilin oktyabrından hesablanıb və 2026-cı il iyunun 1-də başa çatacaq.

Qeyd edək ki, daha əvvəl rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva trimetazidin istifadə etdiyinə görə 4 il müddətinə idmandan uzaqlaşdırılıb.

Geri qayıt