Qelebə.az / "Atletiko"nun futbolçusu klubdan ayrılacaq

"Atletiko"nun futbolçusu klubdan ayrılacaq

22-05-2024, 21:53

İspaniya təmsilçisi "Atletiko"nun (Madrid) futbolçusu Memfis Depay klubdan ayrılacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yayda müqavilə müddəti başa çatan niderlandlı futbolçu yeni sözləşmə imzalamayacaq.

Qeyd edək ki, cari mövsüm Madrid təmsilçisinin heyətində 31 oyuna çıxan M.Depay 9 qol vurub, 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.

Geri qayıt