Qelebə.az / Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın 3 parataekvondoçusu Qran-pridə medal qazanıb

21-10-2022, 09:55

İngiltərənin Mançester şəhərində parataekvondo üzrə Qran-pri turniri keçirilib.

QELEBE.AZ saytının məlumatına görə, yarışa 4 idmançı ilə yollanan Azərbaycan millisi 3 medal qazanıb.

Fərid Tağızadənin rəhbərlik etdiyi yığmanın heyətində İmaməddin Xəlilov (K44, 70 kq) ikinci yeri tutub. Sabir Zeynalov (K44, 58 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) isə Qran-prini bürünc medalla başa vurub.

Qeyd edək ki, Mançesterdə bu gün taekvondoçuların mübarizəsinə start veriləcək. 3 gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Qaşım Maqomedov (58 kq) təmsil edəcək.

Geri qayıt