Qelebə.az / Nazir: Bakı minifutbol üzrə dünya çempionatına uğurla ev sahibliyi edəcək

Nazir: Bakı minifutbol üzrə dünya çempionatına uğurla ev sahibliyi edəcək

21-05-2024, 17:46

İnanırıq ki, Bakı 2025-ci ildə keçiriləcək dünya çempionatına uğurla ev sahibliyi edəcək.

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat mərasimində deyib.

O, dövlətimizin idmana qayğısının danılmaz olduğunu bildirib: "Azərbaycan cüdoçusu Hidayət Heydərovun dünya çempionu olması bunun bariz nümunəsidir. Bundan başqa, ölkəmizdə tez-tez müxtəlif idman tədbirləri keçirilir. İnanırıq ki, Bakı 2025-ci ildə keçiriləcək dünya çempionatına uğurla ev sahibliyi edəcək".

Geri qayıt