Qelebə.az / Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək

21-05-2024, 09:43

Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək.

Federasiyanın mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Yarışda 56 komandanın 220 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.

Döyüşlər bu gün, saat 14:00-da start götürəcək. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Nağdiyev olacaq.

Geri qayıt