Qelebə.az / Bakıdakı Avropa çempionatında bu gün Azərbaycanın 9 güləşçisi çıxış edəcək

Bakıdakı Avropa çempionatında bu gün Azərbaycanın 9 güləşçisi çıxış edəcək

21-05-2024, 09:56

Bakıda keçirilən U-23 Avropa çempionatı davam edir.

“Report” xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 9 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.

Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxacaq.

Laçın Vəliyev (87 kq) təsəlliverici, Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.

Qeyd edək ki, təsəlliverici, təsnifat və 1/8 görüşləri 10:30-da, bürünc medal uğrunda və final yarışları isə 18:00-da başlayacaq.

Geri qayıt