Qelebə.az / Azərbaycanın kata üzrə komandalarının yeni baş məşqçisi müəyyənləşib

Azərbaycanın kata üzrə komandalarının yeni baş məşqçisi müəyyənləşib

20-05-2024, 13:57

Azərbaycan Karate Federasiyasının (AKF) kata üzrə 14-17 yaşlı idmançılardan ibarət yığma komandalarının yeni baş məşqçisi müəyyənləşib.

AKF-dən "QELEBE.AZ"a verilən məlumata görə, Vüqar Kərimov baş məşqçi vəzifəsinə təyin edilib.

Anar Əhmədov isə V.Kərimovun köməkçisi - böyük məşqçi vəzifəsini icra edəcək.

Geri qayıt