Qelebə.az / Azərbaycanın həndbol millisi yarımfinalda məğlub olub

Azərbaycanın həndbol millisi yarımfinalda məğlub olub

20-05-2024, 12:19

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma yarımfinalda "Özbəkistan TJ" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 29:28.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsindəki hər üç matçda qələbə qazanmışdı.

Geri qayıt