Qelebə.az / "Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub

"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub

19-05-2024, 13:41

İtaliyanın "Yuventus" klubu komandaya müvəqqəti rəhbərlik edəcək baş məşqçinin adını açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turin təmsilçisini A Seriyasında son üç oyuna U-19-un baş məşqçisi Paolo Montero çıxaracaq.

Uruqvaylı mütəxəssis mayın 17-də istefaya göndərilən Massimiliano Alleqrini əvəzləyib.

Qeyd edək ki, 2024/2025 mövsümündən etibarən "ağ-qaralar"ı "Bolonya"nın hazırkı baş məqşçisi Tyaqo Mottanın çalışdıracağı gözlənilir.

Geri qayıt