Qelebə.az / "Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

20-10-2022, 22:55

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirib.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.

Dörd partiya davam edən ilk final görüşü polşalı şahmatçının qələbəsi ilə başa çatıb - 3:1.

İkinci final qarşılaşması oktyabrın 21-də olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.

Geri qayıt