Qelebə.az / Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb

Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb

18-05-2024, 14:42

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında üçüncü qələbəsini qazanıb.

"QELEBE.AZ" Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Qazaxıstanın ALMATA klubunu 28:20 hesabı ilə məğlub edib.

Azərbaycan millisi daha əvvəl keçirdiyi iki görüşdə də qələbə qazanıb. Komanda Özbəkistanın ROPSTTM (39:31) və OKMK (30:28) klublarını üstələyib.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Turnirə mayın 21-də yekun vurulacaq.

Geri qayıt