Qelebə.az / Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

20-10-2022, 21:16

"Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis matçda yaxşı dinamikanın olduğunu bildirib: "Turan Tovuz" sona qədər mübarizə apardı. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".

Geri qayıt