Qelebə.az / Fransa klubunun baş məşqçisi "Milan"ı çalışdırmağa razılıq verib

Fransa klubunun baş məşqçisi "Milan"ı çalışdırmağa razılıq verib

18-05-2024, 13:29

Fransanın "Lill" klubunun baş məşqçisi Paulu Fonseka yeni mövsümdən İtaliya təmsilçisi "Milan"ı çalışdırmağa razılıq verib.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında 2 illik müqavilə bağlanacaq.

51 yaşlı portuqaliyalı mütəxəssis 2022-ci ildən "Lill"i çalışdırır. Komanda onun rəhbərliyi altında cari mövsümdə 58 xal toplayıb və son tur öncəsi Liqa 1-də üçüncü pillədə qərarlaşıb.

Geri qayıt