Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİNF) "Report"a verilən məlumata görə, Xizək Alpinizmi üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciət müsbət qarşılanıb.
Əldə olunan nəticəyə əsasən ISMF tərəfindən Dünya Kubokunun "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya Kubokunun 2025-ci ilin 11-12 yanvar tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı qərar bu ilin 9-10 mart tarixlərində AQİNF və “Şahdağ Turizm Mərkəzi”nin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.