Qelebə.az / Azərbaycan Basketbol Liqasında üçüncülük uğrunda növbəti matç baş tutacaq

Azərbaycan Basketbol Liqasında üçüncülük uğrunda növbəti matç baş tutacaq

18-05-2024, 10:06

Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda növbəti matç baş tutacaq.

“Report” xəbər verir ki, bu gün saat 19:30-da "Xırdalan" və "NTD-İndiqo" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə "NTD-İndiqo" rəqibini 95:79 hesabı ilə məğlub edib. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.

Geri qayıt