Qelebə.az / Azərbaycanlı futbolçunun çıxış etdiyi klub Türkiyə Superliqasına vəsiqə qazanmaq şansını itirib

Azərbaycanlı futbolçunun çıxış etdiyi klub Türkiyə Superliqasına vəsiqə qazanmaq şansını itirib

16-05-2024, 20:16

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, "Bodrumspor" səfərinə yollanan Bolu təmsilçisi 0:2 hesabı ilə məğlub olub.

Qarşılaşmaya start heyətində başlayan V.İsgəndərli 71-ci dəqiqədə yerini Hakan Bilgiçə verib.

Bu gün Azərbaycan millisinin digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" isə "Çorum"la üz-üzə gələcək.

Qarşılaşma saat 21:00-da başlayacaq.

Geri qayıt